Bu məhsulların ixracı azalıb - Siyahı

15:46 - 11.12.2020


11 dekabr, Fineko/abc.az. 2020-ci ilin yanvar-oktyabr aylarında Azərbaycana idxal olunmuş məhsulların ümumi dəyərinin 18,6 faizi Rusiya, 14,5 faizi Türkiyə, 13,1 faizi Çin, 6,5 faizi ABŞ, 5,3 faizi Almaniya, 4,0 faizi Ukrayna, hər biri 3,9 faiz olmaqla Fransa və İtaliya, 2,8 faizi Birləşmiş Krallıq, 2,7 faizi İran, 1,8 faizi Yaponiya, 1,7 faizi Koreya, 21,2 faizi isə digər ölkələr ilə aparılmış idxal əməliyyatlarının payına düşüb.

ABC.AZ Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, 2020-ci ilin yanvar-oktyabr aylarında əvvəlki ilin eyni dövrü ilə müqayisədə mühüm məhsul növlərindən təzə tərəvəz ixracı 4,1 faiz, kartof – 31,7 faiz, meyvə və tərəvəz şirələri – 20,7 faiz, bitki yağları – 51,1 faiz, marqarin, qida üçün yararlı digər qarışıqlar – 20,7 faiz, pambıq lifi – 11,4 faiz, polietilen – 15,6 faiz, qara metallardan borular – 1,9 dəfə, bentonit gili – 3,8 faiz artmış, təzə meyvə ixracı isə 13,0 faiz, şəkər – 30,0 faiz, tütün – 26,1 faiz, çay – 5,5 faiz, meyvə və tərəvəz konservləri – 0,2 faiz, təbii üzüm şərabları və üzüm suslosu – 59,0 faiz, emal olunmamış alüminium – 22,4 faiz, pambıq ipliyi – 35,6 faiz, qara metallardan yarımfabrikatlar – 54,8 faiz azalıb.

Müəllif: Elmir Murad

Bütün xəbərlər