Bu gün Bakının bəzi hissələrinə su verilməyəcək

10:54 - 22.02.2018


22 fevral, Fineko/abc.az. Azərbaycanın su operatoru “Azərsu” ASC, suyun verilişində növbəti fasilələrin olacağını bildirdi.

ASC-in məlumatında deyilir ki, Xırdalan-Binəqədi-Balaxanı avtomobil yolunun yenidən qurulması layihəsi çərçivəsində ərazidən keçən su xətlərinin köçürülməsi ilə əlaqədar, bu gün  Xırdalan-Binəqədi şossesi ətrafı ərazilərə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

 

Bütün xəbərlər