"İnstagram"-ın işində problem yaranıb

10:26 - 14.01.2021


14 yanvar, Fineko/abc.az. Dünyanın bir sıra ölkələrində yenidən “Instagram” sosial şəbəkəsinin işində problemlər müşahidə olunur.

ABC.AZ-ın məlumatına görə, sosial şəbəkənin işindəki nasazlıqlardan ən çox ABŞ, Polşa, Böyük Britaniya, Almaniya və Kanadadan olan istifadəçilər şikayət edirlər.

Şikayətlərin əksəriyyəti sosial şəbəkənin saytındakı problemlərlə, və xəbər lenti ilə bağlıdır.

 

Bütün xəbərlər