Azərbaycanda 409 nəfərə vətəndaşlıq verilib – Bir ildə

11:28 - 14.01.2021


14 yanvar, Fineko/abc.az. 2020-ci ildə Azərbaycan vətəndaşlığına 409 nəfər qəbul edilib.

ABC.AZ xəbər verir ki, bunu Dövlət Miqrasiya Xidmətinin rəhbəri Vüsal Hüseynov mətbuat konfansında bildirib.

Onun sözlərinə görə, 8 nəfər isə vətəndaşlığa bərpa edilib.

V.Hüseynov qeyd edib ki, həmçinin readmissiya istiqamətində 68 faizlik kəskin azalma olub.

"Çox məhdud sayda readmissiya həyata keçirilib. Yalnız çarter reysləri vasitəsilə yanvar-fevral aylarında bu baş tutub” deyə Xidmət rəisi qeyd edib.

Müəllif: Elmir Murad

Bütün xəbərlər