Naxçıvan iqtisadiyyatı böyüyüb - 1,1 faiz

12:16 - 14.01.2021


14 yanvar, Fineko/abc.az. 2020-ci ildə Naxçıvan Muxtar Respublikasında ÜDM-in həcmi 2 milyard 907 milyon 810,5 min manat təşkil edib.

Naxçıvan Dövlət Statistika Komitəsindən ABC.AZ-a daxil olan məlumata görə, 2019-cu ilə nisbətən ötən ildə ÜDM-in 1,1% artdığı görsənir.

Belə ki, 2020-ci il Naxçıvan əhalisinin hər nəfərinə düşən ÜDM-in həcmi 2019-cu illə müqayisədə 1,8% artaraq 6 310,4 manat təşkil edib.

Müəllif: Elmir Murad

Bütün xəbərlər