Mingəçevir şəhərinin Su Təchizatı Sistemi yenidənqurmadan sonra istismara verilib

15:03 - 27.02.2018


27 fevral, Fineko/abc.az. Azərbaycan prezidenti  İlham Əliyev Mingəçevir şəhərinin içməli su təchizatı sisteminin istismara verilməsi mərasimində iştirak edib.

“Azərsu” ASC-in sədri Qorxmaz Hüseynov Mingəçevir şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi çərçivəsində görülən işlər barədə dövlət  başçısına məlumat verib və bildirib ki, işlər 2011-ci ilin oktyabrında başlanıb və  151 min nəfərin içməli su və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılması üçün  2035-ci ilə qədər perspektiv inkişaf ilə nəzərdə tutulub.

 

Bütün xəbərlər