Qeyri-neft-qaz sektoru üzrə vergidaxilolmalarında ən yüksək nəticə - Nazir açıqladı

14:09 - 27.01.2021


27 yanvar, Fineko/abc.az. 2020-ci ildə qeyri-neft-qaz sektoru üzrə vergidaxilolmaları 5,6 milyard manat olub.

ABC.AZ-ın məlumatına görə, bunu sosial şəbəkədəki hesabında iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.

O qeyd edib ki, bu, indiyədək qeydə alınan ən yüksək göstəricidir:

“Qeyri-neft-qaz sektoru üzrə yığılmış vəsaitin cəmi daxilolmalarda xüsusi çəkisi 76 faizə çatıb”.

 

Bütün xəbərlər