330x110
 

Minatəmizləmə Agentliyinin bölmə rəhbəri Ağdamda minaya düşdü

29.01.2021,14:04


29 yanvar, Fineko/abc.az. Bu gün saat 11 radələrində Ağdamda partlamamış silah-sursatın axtarışı ilə bağlı Minatəmizləmə Agentliyinin bölmə rəhbəri Mirzəyev Elməddin Tofiq oğlu minaya düşüb.

ABC.AZ-ın məlumatına görə, nəticədə “sol ayağın topuqdan aşağı ətrafının travmatik amputasiyası” xəsarəti və çoxsaylı qəlpə yaraları alıb. Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin edilmiş,digər prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı Ağdam rayon prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 100.2  və digər maddələri ilə cinayət işi başlanılıb.