Ötən il Bakı əhalisinə bu qədər ödənişli xidmətlər göstərilib

16:02 - 3.02.2021


3 fevral, Fineko/abc.az. 2020-ci ildə Bakı əhalisinə göstərilən ödənişli xidmətlərin dəyəri açıqlanıb.

ABC.AZ Bakı Şəhər Statistika İdarəsinə istinadən xəbər verir ki, sözügedən dövrdə paytaxt əhalisinə 4 milyard 315 milyon manatlıq ödənişli xidmətlər göstərilib.

Bu 2019-cu illə müqayisədə real ifadədə 29,6 faiz azalıb.

Ötən il hüquqi şəxslər tərəfindən əhaliyə 2 milyard 424,5 milyon manatlıq xidmət göstərilib, bu da xidmətlərin ümumi dəyərinin 56,2 faizini təşkil edib.

Müəllif: Elmir Murad

Bütün xəbərlər