Neftin qiyməti azalmaqda davam edir, Brent bir barelə $60,79 təşkil edir

10:29 - 12.02.2021


12 fevral, Fineko/abc.az. Beynəlxalq Enerji Agentliyinin (BEA) və OPEC-in tələblə bağlı proqnozlarının pisləşməsi səbəbindən, neftin etalon markalarının  qiyməti cümə günü ticarətində azalmağa davam edir.

2021-ci ildə OPEC neft istehlakının 5,8 mln. b/ gündə artacağını gözləyir ki, bu da əvvəlki ayın proqnozundan 100 min b/gündə azdır – 96,05 mln. BEA 2021-ci ildə dünyada neftə olan tələbatın proqnozunu 100 min b/gündə – 5,4 mln. b/gündə qədər endirib.

9:43-də London ICE Futures birjasında keçirilən ticarətdə Brent-in aprel neft fyuçersinin qiyməti barrel başına $0,35 (0,57%), – $60,79-a düşüb. Fevralın 11 – də keçirilən ticarətin nəticələrinə görə, Brent-in aprel ayına olan fyuçers qiyməti $0,33 (0,54%) - barrel başına $61,14-ə düşüb.

9:43-də Nyu–York əmtəə birjasında (NYMEX) ticarət edilən WTI neftin mart fyuçersinin qiyməti 0,37 (0,64%) barelə görə 57,87 dollara düşüb. Fevralın 11 – də hərracların nəticələrinə görə mart fyuçersinin qiyməti $0,44 (0,75%) - barrel üçün $58,24-ə düşüb.

 

Bütün xəbərlər