Cənub Qaz Dəhlizi unikal bir layihədir - Prezident

10:31 - 12.02.2021


12 fevral, Fineko/abc.az. Bildiyiniz kimi fevralın 11-də Prezident İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin videokonfrans formatında keçirilən VII iclasında çıxış edib.

ABC.AZ-ın məlumatına görə, Prezident bəzi məqamlara toxunub.

O Cənub Qaz Dəhlizi layihəsindən danışarkən qeyd edib: "Bəzilərinin o qədər də real hesab etmədikləri bir layihənin həyata keçirilməsi mümkün olub. Cənub Qaz Dəhlizi layihəsinə nəzər saldıqda onun bir çox parametrlər üzrə olduqca unikal olduğunu görə bilərik. Onun uzunluğu 3500 kilometrdir və layihə 7 ölkəni birləşdirir və həmin ölkələr arasında sıx əməkdaşlıq olmasa idi, onu reallaşdırmaq mümkünsüz olardı. Boru xətti çox mürəkkəb coğrafi məkanlardan, 2500 metr hündürlükdə olan dağlardan, 100 kilometrdən artıq hissəsi isə Adriatik dənizinin dibindən keçir”.

 

Bütün xəbərlər