Neftin bahalaşması davam edir, Brent barrel başına $65,22 təşkil etdi

10:01 - 18.02.2021


18 fevral, Fineko/abc.az. Güclü şaxta səbəbindən ABŞ-da hasilatın kəskin azalması fonunda neft qiymətləri cümə axşamı ticarətində artmaqda davam edir.

Bloomberg agentliyinin məlumatına görə, neft treyderlərinin və sənaye nümayəndələrinin qiymətləndirmələrinə görə, ABŞ-da neft hasilatının həcmi təxminən 40% azalıb.

9:30-da, London ICE Futures birjasında ticarət zamanı Brent-in aprel neft fyuçersinin qiyməti $0,88 (1,37%) – barrel başına $65,22-ə yüksəldi. 17 fevral ticarətinin nəticələrinə görə, Brent-in aprel ayına olan fyuçersi $0,99 (1,56%) – barel başına $64,34-ə yüksəldi.

9:30-da Nyu-York əmtəə birjasında (NYMEX) ticarət zamanı, WTI-nin mart fyuçersinin qiyməti $0,67 (1,10%) – barrel başına $61,81-ə yüksəldi. Fevralın 17-də ke,iril’n ticarətinin nəticələrinə nəticələrinə görə, mart fyuçersinin qiyməti $1,09 (1,82%) – barel başına  $61,14-ə yüksəldi.

 

Bütün xəbərlər