Rusiyadan gətirilən toyuq məhsulları zərərsizləşdirildi - Yararsız olub

11:15 - 24.02.2021


24 fevral, Fineko/abc.az. Rusiyadan idxal edilən dondurulmuş toyuq dərisi məhsulunda salmonella aşkarlanıb.

AQTA-dan ABC.AZ-a verilən məlumata görə, Rusiyanın “PECYPC-ЮГ” MMC-i tərəfindən istehsal olunan və “AZFOOD COMPANY” MMC tərəfindən Azərbaycana gətirilən 9.97 ton dondurulmuş toyuq dərisi məhsulu partiyasına agentliyin müfəttişləri baxış keçirib.

Müayinələr nəticəsində məhsullarda salmonella patogen mikroorqanizmləri aşkarlanıb.

Agentlik tərəfindən istehlaka yararsız dondurulmuş toyuq dərisi məhsullarının  zərərsizləşdirilməsi və ya məhv edilməsi ilə bağlı qərar qəbul edilib.

 

Bütün xəbərlər