İki ayda büdcəyə daxil olan gömrük rüsumları azalıb - 7 faizə yaxın

17:02 - 10.03.2021


10 mart, Fineko/abc.az. Bu ilin yanvar-fevral ayında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə 593 milyon 404 min manat həcmində vergi və rüsumlar daxil olub.

ABC.AZ Apa-ya istinadən xəbər verir ki, bu da 2020-ci ilin eyni dövrü ilə müqayisədə 10,5% azdır.

Cari ilin yanvar-fevral aylarında dövlət büdcəsinə daxil olan gömrük rüsumlarının həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 6,9% azalaraq 158 milyon 832 min manat təşkil edib.

 

Bütün xəbərlər