Vaksin çatışmazlığına aydınlıq gətirildi

17:25 - 19.03.2021


19 mart, Fineko/abc.az. Hazırda vaksinlərin Azərbaycana gətirilməsi davam edir. Vaksin çatışmazlığı bizdən asılı olmayan səbəblərdəndir.

ABC.AZ xəbər verir ki, bunu Prezidentin köməkçisi Şahmar Mövsümov jurnalistlərə açıqlamasında bildirib.

O qeyd edib ki, bu gün Azərbaycan qrafik əsasında “CoronaVac” vaksinini alır. İndiyə qədər 1 milyona yaxın vaksin gətirilib.

 

Bütün xəbərlər