Nazirə yeni vəzifə verildi - Sərəncam

15:18 - 30.03.2021


30 mart, Fineko/abc.az. “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında Prezident İlham Əliyev Sərəncam verib.

ABC.AZ-ın məlumatına görə, Sərəncamda “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının sədri Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri

Rəşad Nəbiyev, Müşahidə Şurasının üzvləri Birinci vitse-prezidentin köməkçisi Xalid Əhədov, İqtisadiyyat nazirinin müavini Elnur Əliyev, Nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini

Rəhman Hümmətov, Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktoru Ruslan Əlixanov, Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktorunun müavini Zaur Qurbanov,

Maliyyə Nazirliyi Aparatının Vergi siyasəti və gəlirlər şöbəsinin müdiri Fikrət Şirinov təyin olunduğu göstərilib.

 

Bütün xəbərlər