Daha bir şirkət Bakıya uçuşlara başlaya bilər – İcazə verildi

11:10 - 2.04.2021


2 aprel, Fineko/abc.az. Lvovdan Bakıya Yaxın zamanlarda Ukraynanın daha bir aviaşirkəti Bakıya uçuşlar həyata keçirə bilər.

ABC.AZ-ın məlumatına görə, artıq bununla bağlı Ukrayna Dövlət Aviasiya Xidməti “SkyUp Airlines” aviaşirkətinə Lvovdan Bakıya müntəzəm reys yerinə yetirmək üçün icazə verib.

Qeyd edək ki, “SkyUp Airlines” aviaşirkətinin Bakıya uçuşlar həyata keçirmək hüququ aprelin 1-dən qeyri-müəyyən müddətə qədər qüvvədədir.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər