Koronavirus bir gündə 34 can aldı – Statistika

16:58 - 5.04.2021


5 aprel, Fineko/abc.az. Bir gün ərzində Azərbaycanda koronavirusa 1099  yoluxma halı aşkar edilib. Ötən gün 2021 yeni yoluxma halı haqqında xəbər verilmişdir.

ABC.AZ xəbər verir ki, 647 nəfər müalicə olunaraq evə yazılıb. Koronavirusdan sağalanların sayı 242 293 nəfərə çatıb.

COVİD-19-dan son gündə 34 nəfər həyatını itirib. Azərbaycanda COVİD-19-da vəfat edənlərin ümumi sayı 3711-ə çatıb.

 

Bütün xəbərlər