“Anglo Asian Mining” 2018-ci ildə Azərbaycanda geoloji kəşfiyyat işlərinə 6 milyon dollar yönəldəcək

12:14 - 14.03.2018


14 mart, Fineko/abc.az. Azərbaycanın əsas qızıl mədənçisi olan “Anglo Asian Mining plc” şirkəti  2018-ci ildə Azərbaycanda geoloji kəşfiyyat və qiymətləndirmə  işlərinin proqramının həyata keçirilməsi üçün 6 milyon dollar yönəltməyi planlaşdırır.

Şirkətin məlumatında deyilir ki, “Anglo Asian Mining” 2018-ci ilə geoloji kəşfiyyat və qiymətləndirmə  işlərinin proqramını hazırlamışdır.

“Anglo Asian Mining” şirkəti, Azərbaycanda fəaliyyətdə olan üç müqavilə zonaları (Gədəbəy, Qoşai Ordubad) əhatə edən 2018-ci ilə geoloji kəşfiyyat və qiymətləndirmə  işlərinin proqramını hazırlamışdır. Proqramın təxmini dəyəri 6 milyon dollardır, onlardan 1,5 milyon dollar iki yeraltı qazma qurğusuna və əks dövriyyə metodu ilə qazma avadanlığının alınmasına yönəldiləcək”, - məlumatda belə deyilir.

Proqramın ümumi həcmi 43,500 metr olan qazma əməliyyatları və geofiziki tədqiqatlar daxil olmaqla şirkətin daxili fondları tərəfindən maliyyələşdiriləcək.

“Proqram, Gədəbəy və Uğur mədənləri və Qədir yeraltı mədənin yerləşdiyi Gədəbəy müqavilə zonasının intensiv öyrənilməsinə yönəlib. Bundan başqa, Qoşa və Ordubad müqavilə zonalarının potensialının qiymətləndirilməsi keçiriləcək”, - məlumatda belə deyilir.

 

Bütün xəbərlər