Bu ölkələrdən Azərbaycana quş əti gətirilməyəcək - Siyahı

16:45 - 3.06.2021


3 iyun, Fineko/abc.az. Lesoto Krallığının Maseru, Vyetnam Sosialist Respublikasının Nin Txuan və Ka Mau, Litva Respublikasının Tauraq inzibati ərazi vahidlərində yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən ABC.AZ-a verilən məlumata görə, respublika ərazisinin başqa ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunması məqsədilə sözügedən inzibati ərazi vahidlərindən bütün növ diri quş, quş əti və damazlıq yumurtanın idxalına müvəqqəti məhdudiyyət tətbiq olunub.

Eyni zamanda, nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə Lesoto Krallığından, Vyetnam və Litva respublikalarından gələn, yaxud tranzitlə keçən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub.

 

Bütün xəbərlər