Vergi daxilolmaları artıb - 7 faizdən çox

12:31 - 30.06.2021


30 iyun, Fineko/abc.az. Bu ilin yanvar-may aylarında Azərbaycanda vergi daxilolmaları 3 810,6 mln. manat təşkil edərək ötən ilin eyni dövrü ilə müqayisədə 7,5% artıb.

Dövlət Vergi Xidmətindən ABC.AZ-a daxil olan məlumata görə, daxilolmalar üzrə beşaylıq proqnoz 127,1% səviyyəsində icra olunub, proqnozdan əlavə 812,9 mln. manat vəsait daxil olub.

Qeyri-neft sektorundan vergi daxilolmaları da artıb.

Belə ki, 2021-ci ilin yanvar-may aylarında qeyri-neft sektoru üzrə vergi daxilolmaları 2 754,0 mln. manat təşkil edərək ötən ilin eyni dövrü ilə müqayisədə 10,5% artıb.

Qeyri-neft sektorundan daxilolmalar üzrə beşaylıq proqnoz 120,7% səviyyəsində icra olunub, büdcəyə proqnozdan əlavə 471,8 mln. manat vəsait daxil olub.

Müəllif: Elmir Murad

Bütün xəbərlər