Yoluxanlar artdı - Statistika

16:44 - 2.07.2021


2 iyul, Fineko/abc.az. Azərbaycanda sutka ərzində 101 yeni yoluxma hadisəsi aşkarlanıb. Ötən gün isə 75 yoluxma haqıqnda bildirilmişdir.

Nazirlər Kabineti yanında operativ qərargahının məlumatında deyilir ki, bu günə qədər Azərbaycanda koronavirus infeksiyasına 336 223 yoluxma halı aşkarlanıb.

Bir gün ərzində 63 nəfər müalicə olunaraq evə buraxılmışdır. Koronavirus infeksiyasından sağalanların ümumi sayı 330 338 nəfər təşkil edir.

Sutka ərzində koronavirus diaqnozu ilə iki nəfər həyatını itirib. Azərbaycanda COVİD-19 qurbanlarının ümumi sayı isə 4977 nəfər təşkil edib.

Koronavirus infeksiyasının yeni hallarının aşkarlanması üçün gün ərzində 9851 test keçirilib, pandemiya başlandığı dövrdən isə cəmi 3767982 test edilmişdir.

 

Bütün xəbərlər