BTQ ilə daşımalar artır - 6 ayın hesabatı

14:34 - 12.07.2021


12 iyul, Fineko/abc.az. Bakı-Tbilisi-Qars dəmiryolu ilə daşımalar sürətlə artmağa başlayıb.

"ADY Konteyner" MMC-dən ABC.AZ-a verilən məlumata görə, bu ilin 6 ayı ərzində Bakı-Tbilisi-Qars dəmir yolu ilə 11 084 TEU konteyner daşınıb.

Bu rəqəm 2020-ci il ərzində daşınan konteynerlərin ümumi sayına (11 748 TEU)  yaxındır. Bakı-Tbilisi-Qars dəmiryolu ilə ilin əvvəlindən təyinat stansiyalarına 369 TEU idxal, 397 TEU ixrac, 10 318 TEU tranzit yükü çatdırılıb.

Konteynerlərdəki  yüklərə gəlincə, ən çox əlvan metallurgiya və kimya sənayesi məhsulları, avadanlıqlar, taxıl və taxıl məhsulları, tekstil, heyvan yemləri, tikinti materialları daşınıb.

 

Bütün xəbərlər