Yoluxanların sayı açıqlandı - Statistika

16:45 - 26.07.2021


26 iyul, Fineko/abc.az. Azərbaycanda bu gün koronavirus infeksiyasına 272 yeni yoluxma faktı qeydə alınıb.

ABC.AZ xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Məlumata görə, son sutkada 80 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

3 nəfər COVID-19-dan dünyasını dəyişib.

 

Bütün xəbərlər