Azərbaycanda son sutkada koronavirus infeksiyasına 2674 nəfər yoluxub

16:35 - 12.08.2021


12 avgust, Fineko/abc.az. Azərbaycanda son sutkada koronavirus (COVID-19) infeksiyasına 2674 yeni yoluxma faktı qeydə alınıb, 576 nəfər müalicə olunaraq sağalıb.

ABC.AZ Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına istinadən xəbər verir ki, analiz nümunələri müsbət çıxan 14 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 359732 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 337021 nəfər müalicə olunaraq sağalıb, 5109 nəfər vəfat edib, aktiv xəstə sayı 17602 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 16575, ötən müddət ərzində isə ümumilikdə 414163 test aparılıb.

 

Bütün xəbərlər