Əsgərimiz rus sülhməramlılarının nəzarətindəki əraziyə keçib - Nazirlikdən açıqlama

12:12 - 26.08.2021


26 avgust, Fineko/abc.az. Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Babayev Cəmil Natiq oğlu Gəncə hospitalının psixiatriya bölməsini özbaşına tərk edib.

Bu barədə ABC.AZ-a Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, əsgər C.Babayev haqqında cinayət işi başlanılıb, araşdırma aparılır.

"Ehtimal olunur ki, hərbi qulluqçumuz Rusiya sülhməramlılarının nəzarətində olan əraziyə keçib", - məlumatda bildirilib.

 

Bütün xəbərlər