Lukoil hesabat açıqladı - Maliyyə vəziyyəti necədi?

17:23 - 27.08.2021


27 avgust, Fineko/abc.az. 2021-ci ilin birinci yarısının nəticələri üzrə, beynəlxalq maliyyə hesabatlarının standartlarına (IFRS) uyğun olaraq, Lukoil, bir il əvvəlki 64.7 milyard rubl zərərə qarşı 347.2 milyard rubl məbləğində xalis mənfəət əldə edib.

ABC.AZ xəbər verir ki,  hesabat dövründə "Lukoil"un gəliri 1,53 dəfə artaraq 4,078 trilyon rubl təşkil edib.

"2020 -ci ilin 6 ayı ilə müqayisədə gəlir əsasən karbohidrogen qiymətlərinin artması və rublun devalvasiyası səbəbindən 53,8% artıb. Eyni zamanda, gəlir artımı neft hasilatının və emalının, eləcə də ticarətin azalması ilə məhdudlaşıb”, - hesabatda deyilir.

Bütün xəbərlər