Şəhid ailələri və müharibə əlillərinə bu il yeni evlər veriləcək

12:17 - 1.09.2021


1 sentyabr, Fineko/abc.az. Şəhid ailələri və müharibə əlilləri üçün bu ilin sonunadək daha bir neçə çoxmənzilli yaşayış binaları təqdim ediləcək.

ABC.AZ-ın məlumatına görə, bu fikir Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində keçirilən kollegiya iclasında vurğulanıb.

Qeyd olunub ki, 2021-ci il üzrə onlara ümumilikdə 3 minədək mənzil və fərdi evin verilməsi təmin olunacaq, artıq onlardan 1600-ü verilib.

 

Bütün xəbərlər