Neft qiymətləri yüksəlməkdə davam edir, Brent bir barelə $74,09 təşkil edir

11:25 - 14.09.2021


14 sentyabr, Fineko/abc.az. Etalon markaların qiymətləri 2022-ci ildə tələbatın artması ilə bağlı OPEC proqnozu səbəbindən, çərşənbə axşamı ticarətində artımlarını davam etdirir.

OPEC 2022 - ci ildə neft tələbatının sutkada 0,9 mln. barel – 4,2 mln. b/s-ə qədər artırılmasının qiymətləndirilməsini də yüksəldib. Həmçinin 2021 - ci ildə neftə tələbatın artım proqnozu saxlanılıb – gözlənilir ki, ilin sonunda görə bu rəqəm 96,68 mln. b/s təşkil edəcək.

Saat 11:10 London ICE Futures birjasında Brent neftinin noyabr fyuçersi $0,58 (0,79%) bahalaşaraq bir barelə $74,09 təşkil edib. Sentyabrın 13-də baş tutmuş ticarətin nəticələrinə görə, Brent neftinin noyabr fyuçersi $0,59 (0,81%) artaraq bir barelə $73,51 təşkil edib.

Saat 11:10 Nyu-York əmtəə birjasında (NYMEX) ticarət üzrə WTI-nin oktyabr fyuçersinin qiyməti $0,60 (0,85%) artaraq bir barelə $71,05 təşkil edib. Sentyabrın 13-də baş tutmuş hərracların nəticələrinə görə, oktyabr ayına fyuçers $0,73 (1,05%) yüksələrək bir barelə $70,45 təşkil edib.

 

Bütün xəbərlər