Son sutkada 1061 vaksin vurulub

16:22 - 4.10.2021


4 oktyabr, Fineko/abc.az. Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 1061 vaksin vurulub.

ABC.Az-ın məlumatına görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 232, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 829 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 8738000, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4808374, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 3929626 təşkil edir.

 

Bütün xəbərlər