330x110
 

Ən çox bahalaşan qryri-ərzaq məhsulları - Siyahı

15.10.2021,11:13


15 oktyabr, Fineko/abc.az. 2021-ci ilin sentyabr ayında qeyri-ərzaq məhsulları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,8 faiz, əvvəlki ilin sentyabr ayına nisbətən 105,9 faiz təşkil edib.

ABC.AZ-ın məlumatına görə, cari ilin sentyabr ayında əvvəlki ayla müqayisədə qeyri-ərzaq məhsullarından daha çox bahalaşma parçaların, geyim və ayaqqabıların, inşaat materiallarının, mebellərin, minik avtomobilləri üçün ehtiyat hissələrinin, dəftərxana ləvazimatlarının, zərgərlik məmulatlarının, ucuzlaşma isə mobil telefon və ventilyatorların qiymətlərində müşahidə olunub.

Sözügedən tarixlərdə digər qeyri-ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.