Neft Fondunun dollar satışı azalıb

16:16 - 1.11.2021


1 noyabr, Fineko/abc.az.     Dövlət Neft Fondu tərəfindən 2021-ci ilin oktyabr ayı ərzində 539,9 milyon ABŞ dolları məbləğində vəsait satılıb.

Fonddan ABC.AZ-a bildirilib ki, Dövlət Neft Fondu tərəfindən 2021-ci ilin sentyabr ayı ərzində 565,4 milyon ABŞ dolları məbləğində vəsait satılmışdı.
Beləliklə, sentyabr ayı ilə müqayisədə oktyabr ayında Fondun valyuta satışı 25,5 milyon dollar az olub. 

Bütün xəbərlər