Səngəçal terminalından gündəlik orta hesabla bu qədər Şahdəniz qazı ixrac edilib

15:29 - 4.11.2021


4 noyabr, Fineko/abc.az 2021-ci ilin ilk üç rübü ərzində Səngəçal terminalı təxminən 172 milyon barel neft və kondensat, o cümlədən 148 milyon barel Bakı-Tbilisi-Ceyhan (BTC) vasitəsilə və təxminən 24 milyon barel Qərb İxrac Boru Kəməri marşrutu vasitəsilə ixrac həyata keçirib.

ABC.AZ-ın məlumatına görə, qaz terminaldan əsasən Cənubi Qafqaz Boru Kəməri (CQBK), Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi (CQBKG) sistemi və terminalın qaz emalı obyektlərini Azəriqazın qazpaylama sistemi ilə birləşdirən SOCAR-a məxsus qaz kəməri ilə ixrac olunur. İlk üç rüb ərzində terminaldan həmçinin gündəlik orta hesabla təxminən 58 milyon standart kubmetr (2 milyard 63 milyon standart kubfutdan çox) Şahdəniz qazı ixrac edilib. Müəllif: Elmir Murad

Bütün xəbərlər