Sosial-iqtisadi inkişaf strategiyasının əsas istiqamətləri artıq formalaşdırılıb - Nazir

16:07 - 10.11.2021


10 noyabr, Fineko/abc.az Azərbaycanın 2022-2026-cı illəri əhatə edən sosial-iqtisadi inkişaf strategiyasının əsas istiqamətləri artıq formalaşdırılıb. ABC.AZ-ın məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasınd iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib. Onun sözlərinə görə, məsləhət prosesində konsatlinq şirkətləri, yüksək səviyyəli yerli və beynəlxalq ekspertlər iştirak edib. "Demək olar ki, bütün dövlət orqanlarının cəlb edildiyi bu prosesdə ölkə iqtisadiyyatının bütün fəaliyyət istiqamətlərində strateji hədəflər, bu hədəflərə çatmaq üçün həyata keçiriləcək başlıca islahatlar və tədbirlər müəyyən olunub" deyə nazir bildirib.
Bütün xəbərlər