Strateji valyuta ehtiyatlarımız dövlət borcunu üstələyəcək - Nazir

11:39 - 15.11.2021


15 noyabr, Fineko/abc.az Bu ilin sonuna Azərbaycanın strateji valyuta ehtiyatlarının dövlət borcunu 6 dəfədən çox üstələyəcəyi gözlənilir.

ABC.AZ xəbər verir ki, bunu Bakıda keçirilən 25-ci Beynəlxalq Biznes Forumunda (IBF) Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib. O qeyd edib ki, bu ilin sonuna valyuta ehtiyatları gözlənilən ÜDM-in 108%-ini təşkil edəcək.

Qeyd edək ki, 2021-ci il 1 iyul tarixinə Azərbaycan ümumi dövlət borcu 17,352 mlrd. manat və ya ÜDM-in 21,6%-ni təşkil edib. Xarici dövlət borcu isə 8,603 mlrd. ABŞ dolları (14,626 mlrd. manat) və ya ÜDM-in 18,2%-nə bərabər olub.

Bütün xəbərlər