Sənaye zonalarının qeyri-neft sənayesi istehsalında xüsusi çəkisi 14 %-dən çoxdur - Nazir

12:40 - 15.11.2021


  15 noyabr, Fineko/abc.az Əgər 2017-ci ildə ölkədəki sənaye zonalarının qeyri-neft sənayesi istehsalında xüsusi çəkisinin 3,2% idisə, hazırda 14,2%-dir.

ABC.AZ Report-a istinadən xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən 25-ci Beynəlxalq Biznes Forumda deyib.

Onun sözlərinə görə, sənaye zonalarında istehsal olunan məhsulların qeyri-neft ixracında payı isə 18%-dir. “Bu ilin 9 ayında sənaye zonalarından ixrac olunan qeyri-neft məhsullarının dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 2 dəfə çox - 320 milyon ABŞ dolları təşkil edib”, - o qeyd edib.

Bütün xəbərlər