Aİ Azərbaycana transfert qiymətəmələgəlmə mexanizmini təkmilləşdirməyə kömək edəcək

17.04.2018,17:48


17 aprel, Fineko/abc.az. Transfert qiymətlərinin müəyyən edilməsi və Azərbaycanda vergidən yayınmanın qarşısının alınması üzrə təkliflərin hazırlanması üzrə tvinninq-layihələrin həyata keçirilməsi başlandı.

Vergilər Nazirliyindən bildirildi ki, layihə Avropa Birliyinin maliyyə dəstəyi ilə həyata keçirilir.

“Layihənin məqsədi transfert qiymətəmələgəlmənin və praktik məsələlərin idarə edilməsinin  müəyyən edilməsi sahəsində Avropa təcrübəsinin öyrənilməsi, eləcə də transfert qiymətəmələgəlmənin auditin tətbiqi və icrasıdır”, - məlumatda belə deyilir.

Məlumatda deyilir ki, tvinninq-layihənin yekununda 3 nəticənin əldə edilməsi gözlənilir: transfert qiymətəmələgəlmə sahəsində qanunvericiliyinin Avropa standartlarına çatdırılması, transfert qiymətləndirmənin tənzimlənməsi mexanizmlərinin yaradılması və  Vergilər Nazirliyinin bu sahədə institusional potensialının təkmilləşdirilməsi.