Naxçıvanda 10 ayda 2 milyard manatdan çox ÜDM istehsal edilib

10:10 - 26.11.2021


26 noyabr, Fineko/abc.az. Naxçıvan Muxtar Respublikasında 2021-ci ilin yanvar-oktyabr aylarında 2 milyard 355 milyon 837 min 900 manatlıq ümumi daxili məhsul istehsal olunub. ABC.AZ xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsi məlumat yayıb. Qeyd olunub ki, bu da 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,3 faiz çoxdur. Sözügedən dövrdə hər bir nəfərə düşən ümumi daxili məhsulun həcmi 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,4 faiz artaraq 5097 manata çatıb.
Bütün xəbərlər