Bu ölkənin avtomobil istehsalı kəskin azalıb

29.11.2021,11:09


29 noyabr, Fineko/abc.az.  Böyük Britaniyada avtomobil istehsalı rekord səviyyədə azalıb.

ABC.AZ-ın məlumatına görə, bunu Britaniya Motorlu Nəqliyyat vasitələri İstehsalçıları və Satıcıları Assosiasiyası açıqlayıb.

Qeyd edilib ki, ölkədə avtomobil istehsalı ötən ilin oktyabr ayı ilə müqayisədə rekord səviyyədə azalıb. Ekspertlər azalmanı qlobal böhranla əlaqələndirib. Belə ki, bəzi fabriklərin bir müddət bağlı qalmasından sonra, oktyabr ayında istehsalın illik 41,4 faizə çatdığı açıqlanıb. Bu 1956-cı ildən bəri ən aşağı səviyyədir.
Belə ki, bu ilin oktyabrında istehsal olunan avtomobillərin ümumi sayı 64 min 729 ədəd olub.

Müəllif: Elmir Murad