Bu ölkənin ixracı rekord həddə çatdı - Bir ayda 60 milyard dollarlıq satış ediblər

12:13 - 1.12.2021


1 dekabr, Fineko/abc.az. Cənubi Koreya noyabr ayında rekord ixrac rəqəmləri qeyd edib.

ABC.AZ xəbər verir ki, bu barədə sözügedən ölkənin Ticarət Nazirliyi məlumat yayıb.

Məlumata görə, noyabrda ixracın məbləği 60,44 milyard dollar təşkil edib.

Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 32,1% çoxdur.

Bu həmçinin 1956-cı ildə məlumatların toplanmasına başlanandan bəri ən yüksək aylıq göstəricidir.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər