10 min 769 kommersiya qurumu dövlət qeydiyyatından keçib – Hesabat

07.12.2021,15:34


7 dekabr, Fineko/abc.az. Yanvar-noyabr ayları ərzində 10 min 769 kommersiya qurumu dövlət qeydiyyatından keçib.

ABC.AZ Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 28,5% çoxdur.

Hesabat dövründə qeydiyyatdan keçmiş kommersiya qurumlarının 90,7%-i yerli investisiyalı, 9,3%-i xarici investisiyalı müəssisələrdir.

Kommersiya qurumlarının 82,8%-i elektron qaydada, 17,2%-i isə kağız daşıyıcıları vasitəsilə edilmiş müraciətlər əsasında qeydə alınıb, onlardan 2 min 529-nun (ümumi qeydiyyatın 23,5%-i) ƏDV məqsədləri üçün qeydiyyata alınması təmin edilib.