Vaxt gələcək ki, manat mütləq sərbəst valyuta olacaq - Vahid Əhmədov

17.01.2022,17:29


17 yanvar, Fineko/abc.az. Hazırda manatın qorunmasının əhəmiyyəti Qarabağda aparılan quruculuq işləri ilə əlaqədardır.

ABC.AZ xəbər verir ki, bu fikirləri Modern.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov manatın məzənnəsinin inzibati üsulla qorunub saxlanılmasına münasibət bildirərkən deyib.

O qeyd edib ki, Qarabağda tikinti işləri başlayıb: "Orada xarici şirkətlər işləyirlər. Onlar istəyirlər ki, milli valyuta stabil olsun, onlar üçün problem yaranmasın. Manatın məzənnəsinin qorunub saxlanılması əlbəttə dövlət, millət üçün əhəmiyyətlidir. Amma bunun da bir vaxtı gələcək ki, manat mütləq sərbəst valyuta olacaq”.