Bakı Limanından nə qədər yük aşırılıb? - Ötən ilin hesabatı

11:04 - 9.02.2022


9 fevral, Fineko/abc.az. 2021-ci ildə “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-də (Bakı Limanı) 5,6 milyon ton yük aşırılıb ki, bu da 2020-ci illə müqayisədə 14,6% çoxdur.

ABC.AZ xəbər verir ki, bu barədə səhmdar cəmiyyətindən bildirilirb.

Məlumata görə, ötən il quru yük aşırılması əvvəlki ilə nisbətən 66% artaraq 1,183 milyon ton, konteyner daşınması isə 11,6% artaraq 45 025 TEU olub.

Son nəticədə proqnoz 104% həcmində icra edilib. Ümumi yükaşırmanın 5,1 milyon tondan çoxu və yaxud 92,7%-i tranzit yüklərin payına düşüb.

Digər ciddi artımlardan biri isə Dübəndi neft terminalında qeydə alınıb. Terminalla aşırılan neft və neft məhsullarının həcmi 2,3 dəfə artaraq 1,1 milyon tonu keçib.

 

 

Bütün xəbərlər