Prezident İlham Əliyev SOCAR-ın strukturunda dəyişiklik edib - Fərman

16:49 - 10.02.2022


10 fevral, Fineko/abc.az. Prezident İlham Əliyev “Dövlət Neft Şirkətinin strukturunun təkmilləşdirilməsi haqqında” 24 yanvar 2003-cü il tarixli Fərmanında dəyişiklik edib.

ABC.AZ xəbər verir ki, dövlət başçısı bununla bağlı yeni Fərman imzalayıb.

Fərmana əsasən, Dövlət Neft Şirkətində (SOCAR) I vitse-prezidentlərin sayı 1-dən 2-yə çatdırılıb. Beləliklə, şirkətin rəhbərliyində təmsil olunan şəxslərin sayı 14-dən 15-ə yüksəlib.

Bunlar prezident, 2 I vitse-prezident və 12 vitse-prezidentdir.

Bütün xəbərlər