ABŞ martda neft hasilatını artıracaq – Proqnoz

10:13 - 15.02.2022


15 fevral, Fineko/abc.az. ABŞ Energetika Nazirliyinin proqnozlarına görə, bu ilin mart ayında ölkədə əsas istehsalat sahələrində (hasilatın əsas hissəsi şist neftinin payına düşür – red.) neft hasilatı artacaq.

ABC.AZ APA-ya istinadən xəbər verir ki, ən iri yataqlarda ortalama gündəlik neft hasilatı 109 min barel və ya 1,3% artaraq 8,707 mln. barelə çatacaq.

Məlumata görə, hasilat üzrə artım əsasən "Permian", "Eagle Ford", "Bakken", "Anadarko", "Appalachia” və "Niobrara" yataqlarının payına düşəcək.

Bütün xəbərlər