Bakıdakı “Metropark”ın dövlətə yarım milyon manatdan çox borcu var

15:24 - 22.02.2022


22 fevral, Fineko/abc.az. Bakının Nərimanov rayonunda yerləşən “Metropark” Ticarət və Əyləncə Mərkəzinin külli miqdarda vergi borcu yaranıb.

ABC.AZ Qaynarinfo-ya istinadən xəbər verir ki, qanuni təmsilçisi Haciyev Ruslan Məhərrəm oğlu olan “Metropark” Ticarət və Əyləncə Mərkəzinin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə 567 min 996 manat 87 qəpik borcu var.

Qeyd edək ki, “Metropark” ticarət və əyləncə mərkəzinin sahibi olduğu deyilən, tanınmış iş adamı Yavər Əsgərov 2020-ci ilin may ayında Sankt-Peterburq şəhərində koronavirus pandemiyasından dünyasını dəyişib.


Bütün xəbərlər