AZAL-da yeni təyinat – Foto

17:32 - 24.02.2022


24 fevral, Fineko/abc.az. "Azərbaycan Hava Yolları" QSC-yə (AZAL) yeni vitse-prezident təyin olunub. Bu vəzifə Samir Rzayevə həvalə olunub.

AZAL-dan ABC.AZ-a verilən məlumata görə, QSC-nin Prezidenti Cahangir Əsgərov yeni vitse-prezidenti kollektivə təqdim edib. Samir Rzayev Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə bu vəzifəyə təyin edilib.

Cahangir Əsgərov qeyd edib ki, Samir Rzayev Azərbaycan Dövlət İqtisad Universitetini bitirdikdən sonra təhsilini Böyük Britaniyanın Durham Universitetində davam etdib.

Həmin universitetdə “Maliyyə və investisiya” ixtisası üzrə magistr dərəcəsini alıb.


Bütün xəbərlər