Daşkənd-Bakı aviareysi bərpa olundu - Həftədə bir dəfə uçuş həyata keçiriləcək

11:04 - 9.03.2022


9 mart, Fineko/abc.az. "Özbəkistan Hava Yolları" aviaşirkəti Azərbaycana uçuşları bərpa edib.

ABC.AZ xəbər verir ki, Daşkənd-Bakı aviareysi həftədə bir dəfə (çərşənbə axşamları) yerinə yetirilir.

Xatırladaq ki, aviaşirkət bu istiqamət üzrə uçuşları koronavirus pandemiyası ilə əlaqədar dayandırmışdı.

 

Bütün xəbərlər