Neft ucuzlaşır, Brent bir barelə $110,49 təşkil edir

09:25 - 14.03.2022


14 mart, Fineko/abc.az. Neftin etalon markalarının qiymətləri bazar ertəsi baş tutan ticarətdə azalır.

Saat 9: 11-də London ICE Futures birjasında keçirilən ticarətdə Brent neftinin may fyuçersi  $2,18 (1,93%) - barrel başına $110,49-a qədər ucuzlaşıb. Martın 11 - də keçirilən ticarətin nəticələrinə görə, Brent-in may ayı üzrə fyuçers qiyməti $3,34 (3,06%) artaraq barrel başına $112,67-a çatıb.

Saat 9: 11-də Nyu - York əmtəə birjasında (NYMEX) WTI-nin aprel  fyuçersləri $2,65 (2,42%) - barrel başına $106,68-ə endirildi. Martın 11 - də keçirilən hərracların nəticələrinə görə, WTI-nin aprel fyuçerslərinin qiyməti bir barelə $3,31 (3,12%) - $109,33 səviyyəsinə qalxıb.

Ötən həftənin yekununda Brent markalı neft 5%, WTI - 6% ucuzlaşıb.


Bütün xəbərlər