Vergi daxilolmaları 25,2% artıb - Mikayıl Cabbarov

14:42 - 18.03.2022


18 mart, Fineko/abc.az. 2022-ci ilin yanvar-fevral aylarında vergi daxilolmaları ötən ilin eyni dövrü ilə müqayisədə 25,2% artaraq 1 milyard 830,4 milyon manat təşkil edib.

ABC.AZ xəbər verir ki, bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.

Nazir qeyd edib ki, proqnoz 108,7% səviyyəsində icra olunub.

Onun sözlərinə görə, qeyri neft-qaz sektoru üzrə daxilolmalar 41,8% artaraq 1 milyard 398,8 milyon manat olub və proqnoz 108,7% səviyyəsində yerinə yetirilib.

Daxilolmaların 76,4%-i qeyri-neft-qaz sektorunun payına düşüb.

Bütün xəbərlər